Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də finala YÜKSƏLDİ

Azərbaycan cüdoçusu

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.

 

Sfera.az xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib.

 

73 kq çəki dərəcəsində tatami üzərinə çıxan Rəşid Məmmədəliyev uyğun ardıcıllıqla Mark Xristov (Bolqarıstan), Koen Heq (Hollandiya), Bayram Kandəmir (Türkiyə), Şahram Ahadov (Özbəkistan) və Umalta Dəmirəli (Türkiyə) məğlub edib. Onun finalda rəqibi Moldova cüdoçusu Adil Osmanov olacaq.

 

Digər cüdoçularımızdan Vüsal Qələndərzadə ilk görüşdə Keysey Nakanoya (Filippin) qalib gəlsə də, sonra Kiprianos Andreuya (Kipr) məğlub olub. Ömər Rəcəbli (81 kq) isə startda Joao Fernandoya (Portuqaliya) uduzub.

 

Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməyiblər. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış ediblər.


OXŞAR XƏBƏRLƏR

“Bu görüşün tarixi bir əhəmiyyəti var” – Millət vəkili

“Niyyət protokolu razılaşmanın təsdiq edilməsidir. Məhz Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilən görüşdə hansı sənədin imzalanacağı hələ bəl...

Bu göldə çimənlərin saçı saralır - FOTOLAR

Türkiyədə Van gölündə üzən uşaqların saçları saralıb.   Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb göl suyunun tərkibində olan miner...

Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı

1 avqust 2025-ci il tarixindən etibarən Birbank kartları üzrə bonus mexanizmi yenilənib. Yeni şərtlər çərçivəsində istifadəçilər partnyor ticarət və xidmət mənt...

Pezeşkian Əli Əkbər Əhmədianı yeni vəzifəyə təyin etdi

İran prezidenti Məsud Pezeşkian Əli Əkbər Əhmədianı prezidentin xüsusi nümayəndəsi və İranın Milli və Strateji Layihələrin İnkişafı Qərargahının rəhbəri təyin e...

Bu ərazilərdə işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a &ldqu...

Hindistan və Çin yaxınlaşır: Beş ildən sonra bir ilk yaşanacaq

Hindistanın Baş naziri Narendra Modi avqustun 31-də Çinə rəsmi səfər edəcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, Modi Şanxay Əməkdaşlıq Təşki...