Rusiya rəsmisindən Azərbaycan-Ermənistan şərti ilə bağlı AÇIQLAMA: \"Məhz Paşinyanın xahişi ilə...\"

11:54 / 30.03.2024
8746
"2020-ci ildə Ermənistan-Azərbaycan sərhədinə Rusiya sərhədçilərinin yerləşdirilməsi Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi xahişi ilə baş tutub".
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib.
Rusiyalı diplomat bildirib ki, bu addımın məqsədi orada vəziyyətin sabitləşməsinə kömək etmək olub.
“Ermənistan heç vaxt Rusiya sərhəd qoşunlarının yerləşdirilməsini legitimləşdirmək üçün hərəkətə keçməyib”,- Kopırkin bildirib.
Firuzə Əliyeva