"Crocus" terroru ilə bağlı Tacikistanda da həbslər başladı...

Tacikistan təhlükəsizlik qüvvələri martın 22-də "Crocus"  konsert salonuna hücumla bağlı 9 nəfəri saxlayıb. Bu barədə media ölkənin təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

 

Sfera.az bildirir ki, Tacikistanın Vəkhdat şəhərində 9 nəfər terror aktında şübhəli bilinən şəxslər saxlanılıb. 


Tacikistanın hüquq-mühafizə orqanları rusiyalı müstəntiqlərlə birlikdə Moskvada saxlanılanların yaxınlarını dindirib.

 

Saxlanılanların hamısının “Krokus Siti Holl”da törədilən terror aktında təqsirləndirilən şəxslərlə, eləcə də “İslam Dövləti” ilə, xüsusən də İŞİD qruplaşmasının “Vilayəti Xorasan”ın Əfqanıstan hücrəsi ilə əlaqəsi olduğu bildirilir.

 

Xəbər agentliyinin məlumatına görə, doqquz nəfərin hamısı Vəhdət şəhərində saxlanılaraq Düşənbəyə aparılıb və orada tacik müstəntiqləri ilə birlikdə Rusiya təhlükəsizlik qüvvələri tərəfindən dindirilib.

 

Şübhəlilərin bəzi qohumları sərbəst buraxılıb, digərləri isə hələ də dindirilir.


Xatırladaq ki, martın 22-də “Krokus” konsert salonuna hücumdan sonra 8 nəfər şübhəli şəxs qismində həbs edilib. İstintaqın məlumatına görə, onlardan beşi Tacikistan vətəndaşı, ikisi yerli Rusiya vətəndaşı olan yerli, digəri isə Rusiya vətəndaşlığı olan Qırğızıstanlıdır.

 

Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda,"Crocus City Hall" konsert zalında silahlı şəxslər ziyarətçilərə avtomat silahlardan atəş açıblar. Daha sonra ticarət mərkəzi yandırılıb. Son məlumatlara görə, 143 nəfər həlak olub, 360 nəfər yaralanıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...