"Qarabağ" 11-ci çempionluğunu rəsmiləşdirdi

"Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib.

 

Sfera.az xəbər verir ki, bu, Premyer Liqanın XXVIII turuna təsadüf edib.

 

Ağdam təmsilçisi dördüncü - sonuncu dövrənin ilk turunda "Kəpəz"i darmadağın edib.

 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) vurduğu qollar sayəsində 6:1 hesablı qələbə qazanan "köhlən atlar" 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək rəqibləri üçün əlçatmaz olub.

 

"Kəpəz"in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub.

 

Bu, həm də Qurban Qurbanovun baş məşqçi kimi 10-cu çempionluğudur.

 

Qeyd edək ki, turun ilk oyununda "Neftçi" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Digər qarşılaşmalar martın 30-31-də keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin d...

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bu qaydalara əməl edin!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) həftəsonu səfərə çıxan sürücülərə və hərəkət iştirakçılarına xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, bu bar...

Polis qanunsuz silahları TƏHVİL GÖTÜRDÜ

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.   Daxili İşlər Nazirli...

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı DÜŞDÜ

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,51 ABŞ dolları, yaxud 1,77 % azalaraq 83,83&n...

İsrail Müdafiə Ordusu Xan Yunisdə qalan əhalinin təxliyəsi ilə bağlı ÇAĞIRIŞ ETDİ

İsrail Müdafiə Ordusu (İDF) Xan Yunisin cənub məhəllələrində qalan əhalinin müvəqqəti olaraq Əl-Mavasidəki humanitar bölgəyə təxliyə olunması ilə bağlı çağırış ...

FHN əhaliyə təkrar müraciət etdi: Bir neçə gün...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin daha bir neçə gün davam e...