Gözdən əlillər üçün səsli kitabxana yaradılır

Gözdən əlillər üçün səsli kitabxana yaradılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi tərəfindən "Gözdən əlillər üçün səsli kitabxana” ("GƏSK”) yaradılır. Artıq, 100-dən artıq kitab peşəkar səviyyədə səsləndirilərək, kitabxana fonduna daxil edilib. Xüsusi telefon xidməti vasitəsiilə (1541) kitabxana 24 saat ərzində avtomatik rejimdə fəaliyyət göstərəcək.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu cür xüsusi kateqoriyalı oxucular üçün hər gün adi kitabxanalara getmək çətindir. Lakin hər hansı bir audio kitabı, görmə qabiliyyəti məhdud olan oxucu dinləyə bilər.

Elə bu məqsədlə, fiziki imkanları məhdud olan insanları müxtəlif janr və üslublarda audio kitablarla təmin etmək üçün kitabxanada müxtəlif audio-kitablar toplanıb. Audiokitabxana klassik və müasir Azərbaycan yazıçılarının əsərlərini azərbaycan dilində və dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərini özündə ehtiva edir.

Təqdim olunan audio-kitabxananın unikallığı ondan ibarətdir ki, görmə qabiliyyəti məhdud olan insanlar üçün azərbaycan dilində "danışan" kitab fondu formalaşacaq. 

İstifadəçilər giriş kodu əldə edərək, evdən çıxmadan, müvafiq telefon nömrəsini yığmaqla, yeni sistemə qoşula biləcək.

Sistemə qoşulmaq, janrı, yazıçını, əsərləri seçmək və qulaq asmaq üçün giriş kodunu qeyd etmək vacibdir. İstənilən vaxt dinləməni dayandırmaq və bir müddət sonra dayandırılmış yerdən dinləməyə davam etmək mümkündür.

Gələcəkdə digər dillərdə də yeni kitabların bu kitabxanaya əlavə olunması nəzərdə tutulur.

Qeyd edək ki, "Bakutel-2016” informasiya-kommuniksiya texnologiyaları sərgi-konfransı çərçivəsində kitabxananın ilkin təqdimatı gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...