\"Milyonlarla səs saxtadır\"

\
 
ABŞ-da prezident seçkiləri zamanı üç ştatda ciddi pozuntulara yol verilib.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp öz "Tvitter” mikrobloqunda yazıb.

"Virciniya, Nyu-Hempşir və Kaliforniyada ciddi pozuntulara yol verilib. Bəs nəyə görə KİV-lər bu barədə məlumat yazmır? Bu kimi təhrif - böyük problemdir”, -deyə Tramp qeyd edib.

Bundan əvvəl Tramp milyonlarla seçicinin qeyri-qanuni olaraq Klintona səs verdiyini bəyan edib.

Qeyd edək ki, Yaşıllar Partiyasının namizədi Cil Stayn Viskonsin ştatında seçici səslərinin yenidən sayılmasına dair seçki komissiyasına müraciət edib. 

Bu ilin noyabr ayının 8-ində ABŞ-da keçirilən seçkilərdə Donald Tramp əsas rəqibi Hillari Klintona qalibgələrək prezident seçilib. 


OXŞAR XƏBƏRLƏR