“Paşinyan onu həbs etməlidir” – Sülhə mane olan qüvvələr KİMLƏRDİR?

“Paşinyan onu həbs etməlidir” – Sülhə mane olan qüvvələr KİMLƏRDİR?

Ötən günlərdə Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibə verib. O deyib ki, mühacirətdə olan Qarabağ hökuməti İrəvanda fəaliyyətini davam etdirir.

 

Ermənistanın baş naziri Nikol Paşinyan isə ölkəsinin mühacirətdə olan heç bir “Dağlıq Qarabağ hökumətini” tanımadığını bildirib. O deyib ki, Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar:

 

“Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda yeganə hökumət var və bu salonda oturub. Lazım gələrsə, müvafiq tədbirlər görülməlidir ki, xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmamaları üçün uyğun tədbirlər görülməlidir”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan hakimiyyəti rəsmən Qarabağ məsələsini bağlayıb və irəliyə baxır:

 

“Keçmiş separatçılar Ermənistan daxilində fəaliyyətlərini davam etdirməyə cəhd edir. Onlar növbəti mərhələdə Paşinyana qarşı yeni cəbhənin formalaşdırılmasına çalışırlar. Bu prosesdə keçmiş xarici işlər naziri Vardan Oksanyanla Samvel Şaxramanyan birgə hərəkət edir. Ümumiyyətlə, Ermənistan, Qarabağ məsələsinin gündəmə daşınmasının üçüncü qüvvələrin işi olduğunu elan edir. Artıq Nikol Paşinyan üçün əsas mövzu Azərbaycanla sülh müqaviləsinin bağlanmasında irəliyə doğru addım atmaqdan ibarətdir”.

 

Müsahibimiz qeyd edib ki, Paşinyanın Şaxramanyana qarşı sərt mövqeyi Azərbaycanla aparılan danışıqları qorumaq üçündür:

 

“Baş nazir Samvel Şaxramanyanı neytrallaşdırmasa, onun bu kimi açıqlamaları və fəaliyyəti rəsmi İrəvanın mövqeyinə kölgə salacaq. Ona görə də Paşinyanın ilk işi sözügedən şəxsin həbsə atılması olmalıdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...