Bu imtahanların keçirilmə qaydası DƏYİŞDİ - Ekspertdən AÇIQLAMA

Bu imtahanların keçirilmə qaydası DƏYİŞDİ - Ekspertdən AÇIQLAMA

Bu ildən etibarən bədən tərbiyəsi və idman istiqamətinin 61-ci komissiyasına aid məşqçilik ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və ya qeyri-məqbulla deyil, balla qiymətləndiriləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, abituriyentlər məşqçilik ixtisasına daxil olan idman növləri üzrə qabiliyyət imtahanından topladıqları balla müsabiqədə iştirak edəcəklər:

 

“Qabiliyyət imtahanının qiymətləndirilməsi 10 ballıq şkala ilə aparılır, 6 və daha yuxarı bal toplayanlar müsabiqəyə buraxılacaqlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR