Göyçayda ağır qəza: yaralılar var

Göyçayda ağır qəza: yaralılar var

Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

 

Sfera.az xəbər verir ki, rayonun H.Z.Tağıyev küçəsində “VAZ-2106” markalı avtomobil divara çırpılıb.

 

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

 

Fakt araşdırılır.(Report)


OXŞAR XƏBƏRLƏR