"Hunday" betonqarışdıran maşına çırpıldı: sürücü öldü
Hadisə
19:22 / 28.03.2024
8209
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az-ın Report-a istinadən məlumatına görə, "Hunday" markalı avtomobil betonqarışdıran yük maşınına çırpılıb.
Nəticədə minik avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Murad Elçin oğlu Yusibov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.