Nepalda zəlzələ

Nepalda zəlzələ
 
Nepalın şərqində 5,6 bal gücündə zəlzələ baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri paytaxt Katmandudan 120 km aralıda yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
 
Qeyd edək ki, ötən ilin aprelində Nepalda baş verən iki dağıdıcı zəlzələ nəticəsində 9 minə yaxın insan ölmüş, 22 mindən çoxu xəsarət almışdı.


OXŞAR XƏBƏRLƏR