“Shell”, HSBC, “Yandex”… - Rusiya bu şirkətlərin aktivlərini ucuz qiymətə aldı

“Shell”, HSBC, “Yandex”… - Rusiya bu şirkətlərin aktivlərini ucuz qiymətə aldı

Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanı tərk edən şirkətlərə dəyən zərərin məbləği 100 milyard dolları keçib. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Reuters” yayıb.

 

“Reuters” Rusiyanı tərk edən şirkətlərin sənədlərini və bəyanatlarını təhlil edərək müəyyənləşdirib ki, iki il ərzində xarici şirkətlərin zərəri 107 milyard dollar olub. 


Şirkətlərə dəyən zərərinin əsas səbəbi Rusiyanı tərk edən zaman sahib olduqları aktivləri aşağı qiymətə satmalarıdır. Son iki ildə ümumilikdə təxminən 1000 şirkət Rusiyanı tərk edib. Rusiya hökuməti dövlət şirkətləri və ya özəl şirkətlər vasitəsilə xarici aktivləri alır. Bu zaman aktivlər dəyərindən ən azı 50 faiz aşağı qiymətə alınır. Son aylarda isə xarici şirkətlərin aktivləri daha aşağı qiymətə əldə edilib. 


Aktivləri bazar dəyərindən xeyli aşağı qiymətə alınan şirkətlər arasında “Shell”, HSBC, “Polymetal International” və “Yandex” də var. Onların aktivləri 90 faiz ucuza alınıb və bu şirkətlərə cəmi 10 milyard dollar vəsait ödənilib. 


Keçən həftə “Danone” də Rusiyadakı aktivlərindən imtina etmək üçün satış müqaviləsi bağlayıb. “Danone” bu müqaviləyə görə, 1,3 milyard dollar zərərə uğradığını açıqlayıb. 


Moskva artıq bir neçə Qərb şirkətinin, o cümlədən “Fortum”, “Carlsberg”, ONVO və “Uniperin” aktivlərinə müvəqqəti nəzarəti ələ keçirib. Rusiyanın dövlət xəbər agentliyi RİA hesablayıb ki, Moskva Qərb dövlətləri kimi davransa, yəni xarici şirkətlərin aktivləri dondurularsa, həmin şirkətlər ən azı 288 milyard dollar dəyərində aktiv və investisiya itirəcək.


Digər tərəfdən, bir çox şirkət Rusiyanı tamamilə tərk etməkdən çəkinib. Hazırda Rusiyada fəaliyyət göstərən və ya bizneslə məşğul olan şirkətlər arasında “Pepsi””, “Nestle” və “Unilever” var.


Vasif


 


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...