Şagirdlər oruc tuta bilərmi? - İlahiyyatçılardan AÇIQLAMA

Şagirdlər oruc tuta bilərmi? - İlahiyyatçılardan AÇIQLAMA

Digər müsəlman ölkələri kimi, Azərbaycanda da inanclı insanlar iki həftədir oruc tuturlar. Azərbaycandakı oruc tutanlar arasında müxtəlif yaşlı şagirdlər də mövcuddur. Nəzərə alsaq ki, indi imtahan ərəfəsidir, onda oruc tutmağın qəbul və buraxılış imtahanlarına hazırlaşan şagirdlərin aktivliyinə mənfi təsir göstərdiyini qeyd edə bilərik.

 

Ümumiyyətlə, şagirdlər oruc tuta bilərmi?


 
Mövzu ilə bağlı Sfera.az-a danışan dinşünas Elşad Miri bildirib ki, oruc tutmaq Allahın əmridir, istəyən tutar, istəməyən tutmaz.

 

“Oruc vaxtı insan imtahana gedir deyə, bunu pozmağın bir mənası yoxdur. Əksinə, bizə həmişə aşılanıb ki, imtahana yemək yemədən getmək lazımdır. Bu bir taktikadır. Yenə də kimsə orucunu pozmaq istəyərsə, buna özü qərar verməlidir, heç kim qarışa bilməz”, - E.Miri qeyd edib. 

 

İlahiyyatçının sözlərinə görə, bir insan ibadət üçün qəbul olunan yaşa çatıbsa, oruc tutması məqbuldur:

 

“Bu yaş dəyişir, 9, 12, ya da 15 ola bilər. Bəzi müsəlman ölkələrində azyaşlılara əvvəlcə günortaya qədər oruc tutmaq tövsiyə olunur, növbəti dəfə onları günortadan sonra 1 saat artırmaqla orucluğa öyrəşdirməyə çalışırlar. Ümumilikdə, oruc tutmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur”.

 

Mövzu ilə bağlı ilahiyyatçı Hacı Əli Rzazadə isə bildirib ki, şəriət qaydaları uşaqların oruc tutmasına müsbət yanaşır və şagirdlərin oruc tutmasında heç bir məhdudiyyət yoxdur:


 
“Qızlar da, oğlanlar da 15 yaşından sonra oruc tuta bilərlər. Yetkinlik yaşına çatmayanlar üçün isə bu, vacib deyil. Əgər şagird IV və ya V sinifdədirsə, onlar oruc tutmağa borclu deyil, önəmli olan təhsildir”.


 
Onun sözlərinə görə, ac qalmaq zehni gücləndirir, amma oruc tutmaqda çətinlik yaşayanlar bunu etməsələr, günah sayılmır:


 
“Elm də sübut edir ki, insan ac qaldıqda onun zehnində güclü inkişaf baş verir, çox qida yemək insanın yaddaşını tənbəlləşdirir. Konkret olaraq "imtahana girən şagird oruc tuta bilər və ya bilməz" deyə bir meyar yoxdur. Əgər bir şəxs imtahanda, əsgərlikdə və ya hansısa digər çətin şəraitdədirsə, oruc tutmaq, ac qalmaq ona ziyandırsa, özünü çox narahat hiss edirsə, oruc tutmaya bilər, bu kimi səbəblərdən orucunu pozsa, günah sayılmır”. 


 
Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...