Mərkəzi Bankdan dollarla bağlı MÜHÜM AÇIQLAMA

Mərkəzi Bankdan dollarla bağlı MÜHÜM AÇIQLAMA

“2024-cü ilin əvvəlindən bəri valyuta bazarında tarazlıq qorunub”. 


Sfera.az xəbər verir ki, bunu “Faiz dəhlizinin parametrləri haqqında” açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib. 


AMB qeyd edib ki, ilin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb. Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir. 


2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşlarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artdığını bildirən AMB investisiya qoyuluşunun əhəmiyyətli hissəsinin daxili mənbələr hesabına maliyyələşdirildiyini vurğulayıb. 


AMB-nin şərhinə görə bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub: “Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. 2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11,5%-i səviyyəsində profisit olub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2,3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb”. 


AMB qeyd edib ki, mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabı profisitli olacaq: “Bununla yanaşı fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir. Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1,3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalıb”.

 

Vasif
 

 


OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...