Yemək və içmək dəstəmazı pozurmu?

Yemək və içmək dəstəmazı pozurmu?
Qanaxma nə dəstəmazı, nə də namazı batil etmir. Bir çox səhabələrin yaralı halda namaz qılması ilə bağlı rəvayətlər var. Ömər ibn Xəttab (Allah onlardan razı olsun) da namazda ikən qılıncla vurulduğuna baxmayaraq namazı yarımçıq dayandırmamışdır. Sfera.az zikr.az-a istinadən bildirir ki, bu dəlalət edir ki, qan murdar deyil.
Namazı pozan əməllərə aşağıdakılar aiddir:
1) Dəstəmazın hökmünü qüvvədən salan (batil edən) əməllər eynilə namaza da aiddir. Məsələn, yel çıxması
2) Bilərəkdən övrəti (ayıb yerləri) açmaq. Lakin övrət yerləri təsadüfən açılarsa və açılmış hissə az isə və ya çox açılmasına rəğmən dərhal örtərsə, bu halda namaz qüvvədən düşmüş sayılmır.
3) Nəzərəçarpacaq dərəcədə qiblə istiqamətindən başqa tərəfə dönmək.
4) Bədəndə və ya paltarlarda və ya namaz qılınan yerdə nəcasətin (çirk, pis şey) olması. Əgər nəcasəti namaz əsnasında görərsə və ya yadına düşərsə və bunu dərhal aradan qaldırarsa bu halda namaz səhihdir. Eynilə, yalnız namaz başa çatdıqdan sonra bunu aşkar edərsə bu halda onun namazı yenə də etibarlı sayılır.
5) Heç bir əsaslı səbəb olamdan namaz əsnasında həddən artıq davamlı hərəkətlərə yol vermək. Məsələn, bir yeri çoxlu qaşımaq
6) Rüku və səcdə kimi namazın rüknlərindən birini buraxmaq və ya bilərəkdən yenisini əlavə etmək və ya bilərəkdən ardıcıllığını pozmaq
9) Bilərəkdən namazı tamamlamamışdan öncə salam vermək.
10) Bilərəkdən namazda qiraətin mənasını dəyişmək.
11) Bilərəkdən namazın vacibatlarından birini buraxmaq. Misal üçün birinci təşəhhüdü buraxmaq. Lakin unutqanlıqdan baş verərsə, namaz yenə də hökmünü saxlayır, bununla belə səhv səcdəsi yerinə yetirilməlidir.
12) Namazı dayandırmağa qərar vermək.
14) Qəhqəhə ilə gülmək. Sadəcə təbəssüm etmək namazı qüvvədən salmır.
15) Bilərəkdən danışmaq. Kimsə səhvən və ya bu barədə hökmü bilmədiyindən gülərsə namaz qüvvədən düşmüş sayılmır.
16) Namazda yemək və içmək.

OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...