Fransa Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edildi

Fransa Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edildi

Fransa Cənubi Qafqazda mövcud olduğu müddətdə kəşfiyyat məlumatlarının toplanması və regionda sabitliyi pozmaq kimi məqsədlər güdür.


Sfera.az TASS-a istinadən xəbər verir ki , bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


"Fransanın Cənubi Qafqaz regionunda mövcudluğu kəşfiyyat məlumatları toplamaq, region dövlətlərini izləmək və ölkələrimiz arasında əldə edilmiş, o cümlədən iqtisadi xarakterli sülh sazişlərinin həyata keçirilməsinin qarşısını almaq cəhdidir", - Zaxarova qeyd edib.
 

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, “Fransa həqiqətən regionda sülh və təhlükəsizliyin qorunmasına çalışsaydı, 2021-ci ildən Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edərdi ”.
 

Bununla belə, Zaxarovanın sözlərinə görə, Fransa “əks mövqe tutub”.
 

Diplomat qeyd edib ki, Paris Afrikada təhlükəsizliyi təmin edə bilməyib, ona görə də onun Cənubi Qafqazda bunu edə biləcəyinə “inanmaq sadəlövhlükdür”.


Xatırladaq ki, martın 11-də Zaxarova Fransanı Dağlıq Qarabağda yalançı sülhməramlı obrazı yaratmaqda da ittiham edib .



Əzizə
sfera.az


OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...