Rihanna yenidən hamilədir? - FOTO

Rihanna yenidən hamilədir? - FOTO

36 yaşlı amerikalı müğənni Rihanna üçüncü hamiləliyi ilə bağlı yayılan xəbərlərdən sonra ictimaiyyət arasında görüntülənib. 

 

Sfera.az bildirir ki, reper A$AP Rocky ilə evli olan Rihannanın iki oğlu var. Ötən gün ailəyə daha bir üzvün qatılacağı ilə bağlı şayiələr yayılıb. 

 

Şaiyələrdən sonra Rihanna dünən Qərbi Hollivudda "The Little Door"da keçirilən xeyriyyə tədbirinə qatılıb.

 

Ulduz burada yeni saç rəngini nümayiş etdirib. Platin rəngli tonlarda Rihanna üzünə kölgə olaraq bir neçə tel salıb.

 

Rihanna qara geniş paltarı ilə dəbli böyük ölçülü (oversize) vintage dəri gödəkçə geyinib. O, hər zamankı kimi gözləri və dodaqlarını vurğulayan makiyaja üstünlük verib.


Bir gün əvvəl müğənninin üçüncü övladını gözlədiyi barədə məlumat yayılıb. Şaiyələrə görə, bu dəfə Rihanna reper A$AP Rocky üçün qız övladı dünyaya gətirməlidir.

 

Qeyd edək ki, 2022-ci ilin may ayında cütlüyün ilk övladı RZA Athelston Mayers dünyaya gəlib. Bir il sonra müğənni Riot Rose Myers adlı başqa bir oğul anası olub. 

 

Xatırladaq ki, Rihanna hər zaman böyük bir ailə və xüsusilə qız övladının dünyaya gəlməsi arzusunda olduğunu etiraf edib. Ulduz cütlük internetdə yayılan söz-söhbətlərə hələ rəsmi münasibət bildirməyib. Bununla belə, müğənninin paltar seçimi onun həqiqətən də hamilə olduğunu düşünməyə əsas verir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...