Venerada naməlum tikililər tapıldı
21:33 / 27.11.2016
830
Qərb mətbuatı xəbər verir ki, NASA, "Magellan” kosmik aparatı vasitəsilə Venera səthində naməlum tikililər aşkar edib.
Bu tikililər kosmik aparatın çəkdiyi fotolarda əks olunublar. Həmin yadplanetli tikililər planetin hər bir yerində var. Fotoların incələnməsindən sonra alimlər bu cür böyük tikililərin məhz yadplanetli sivilizasiyasına aid olduqları qənaətinə gəliblər.
"Technote.az”ın "Oane.ws”a istinadən verdiyi xəbərə əsasən həmin tikililər öz forma və ölçülərinə görə eynidirlər. Məhz buna görə güman olunur ki, həmin obyektlər yaşayış yerləridir. Jurnalistlər isə məlumat veriblər ki, NASA, Venera ilə bağlı bir çox sirli sənədlərə sahibdir.
Lakin onları ictimaiyyətə göstərməyə hələ hazır deyillər. Onlar həmçinin düşünürlər ki, həmin obyektlərdə digər yadplanetli koloniyalar da yaşayır. Belə ki, planet oksigenə sahib deyil və onun səthindəki temperatur -500 dərəcəyə qədər çata bilir.