Vladimir Slovyov növbəti dəfə Azərbaycanı HƏDƏFƏ ALDI - ŞƏRH

Öz çıxışlarında və aparıcısı olduğu verlişlərdə bir qayda olaraq Azərbaycanı hədəfə alıb, Ölkəmizi ittiham edən, ermənidən betər erməni xislətini ortaya qoyan Vladimr Slovyov martın 22-də Moskvada yerləşən “Crocus City Hall” konsert zalında 139 nəfərin öldürüldüyü, yüzlərlə insanın yaralandığı terror aktında terorçulardan birinin Azərbaycanlı olması ilə bağlı əsassız, qərəzli və xəstə düşüncələrini söyləməklə növbəti dəfə öz avantürist simasını nümayiş etdirdi. Halbuki, Rusiya İstintaq Komitəsinin və Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəsmi açıqlamalarında azərbaycanlı adı getmir.
Sfera.az xəbər verir ki, bəlli olduğu kimi Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri iki dövlət arasında əsas və aparıcı amilə çevrilmişdir və bununla bağlı hər iki dövlət başçısının imzaladıqları sənədlər də ortadadır. Mahiyyətcə Azərbaycana qarşı informasiya təxribatı aparan V.Slovyov dayanmadan Rusiya cəmiyyətində Azərbaycana qarşı nifrət hissini yaratmağa cəhdlər göstərir.
Rəsmi Kremlin ruporu kimi çıxış edən V.Slovyovun davamlı xarakter daşıyan bu cür hədyanları Rusiya-Azərbaycan münasibətlərinin mahiyyətinə və məntiqinə ziddir. Ona görə də ilk növbədə rəsmi Kreml V.Slovyovun böhtan və qərəz dolu fikirlərinin qarşısını almaq üçün ciddi addımlar atmalıdır.
Günay Ağamalı
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri