BMT İsraili soyqırımı törətməkdə ittiham edə bilər

Siyasət
17:50 / 27.03.2024
6522
BMT İsraili soyqırımı törətməkdə ittiham edə bilər.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) eksperti Françeska Albanese danışıb.
O bildirib ki, İsraili fələstinlilərə qarşı "soyqırımı" törətməkdə ittiham etmək üçün güclü əsaslar var.
“İsrailin fələstinlilərə qarşı soyqırımı cinayəti törətdiyinə inanmaq üçün tutarlı səbəblər var. Üç fakt bunu diqqətə çatdırır: qırğınlar, İsrail rəsmilərinin açıqlamaları və fələstinlilərə qarşı qoyulan qeyri-insani həyat şəraiti”, - ekspert qeyd edib.
Eyni zamanda, Albanese onu da vurğulayıb ki, İsrailə silah verən dövlətlərin soyqırımıda şərik olub-olmadığını söyləmək hələ tezdir.
Əzizə