Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciət edib? - AÇIQLAMA

"Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət etməyi müzakirə etmir".
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan bildirib.
“İndiki mərhələdə Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunmur. Düşünmürəm ki, belə bir şey ola bilər. Ermənistan ərizə təqdim etməyib və Aİ-yə üzv olmaq və ya namizəd olmaq üçün gözləmir”.
Simonyan aydınlaşdırıb ki, bir sıra standartların dəyişdirilməsinə ehtiyac var.
Martın 13-də Avropa Parlamenti Ermənistana Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi məsələsinə baxmaq niyyəti ilə bağlı qətnamə qəbul edib. Avropalı deputatlar hesab edirlər ki, əgər respublika status üçün müraciət etməkdə maraqlı olsa və ardıcıl islahatlar yoluna davam etsə, o zaman bu cür hərəkətlər Aİ-Ermənistan münasibətlərində transformasiyaya yol açacaq.
Əzizə