Bu rayonun əhalisinə XƏBƏRDARLIQ!

Bu rayonun əhalisinə XƏBƏRDARLIQ!

“Nardaran QPS kollektor” ölçü qovşağından qidalanan "Hacı Seyfəl” orta təzyiqli qaz kəmərində aşkar olunmuş qeyri-qanuni qoşulmanın ləğv olunması məqsədilə 27.03.2024-cü il tarixində saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

 

Bildirilib ki, təmir-bərpa işləri görülən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

 


OXŞAR XƏBƏRLƏR