Prezident İlham Əliyev Rusiyanın təhsil və elm nazirini qəbul edib - FOTO

Prezident İlham Əliyev Rusiyanın təhsil və elm nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanıın ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çoxlu mövzuların olduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladı.

Təhsil sahəsində əlaqələrin ənənəvi xarakter daşıdığına toxunan dövlətimizin başçısı bildirdi ki, çox mühüm olan odur ki, ötən 25 il ərzində ölkələrimiz bu ənənələri nəinki qorudu, hətta daha da möhkəmləndirdi. Prezident İlham Əliyev bunun həm orta, həm də ali təhsil sahələrini əhatə etdiyini dedi. Rusiya təhsil ocaqlarında Azərbaycanlı tələbələrin təhsil aldıqlarını qeyd edən dövlətimizin başçısı artıq Azərbaycanda da Rusiya ali məktəblərinin təhsilinin almaq imkanın olduğunu vurğuladı. Rusiyanın iki ali təhsil müəssisəsinin filiallarının Azərbaycanda uğurla fəaliyyət göstərməsinin önəmini qeyd edən dövlətimizin başçısı nazirin Azərbaycanda olduğu dövrdə bu proseslərlə yaxında tanış olmaq imkanı olacağını dedi. Prezident İlham Əliyev ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı təhsil nazirlikləri arasında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Rusiya Federasiyasının Təhsil və Elm naziri xanım Olqa Vasilyeva dedi: "Gözəl ölkənizə, gözəl paytaxtınıza səfər etmək üçün yaratdığınız imkana görə minnətdarlığımı bildirirəm".

Prezident İlham Əliyevin fikirlərinin təsdiqi olaraq Olqa Vasilyeva öz növbəsində təhsil sahəsində ənənəvi əməkdaşlığımızın hazırda da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında orta, ali və elmi təhsil sahəsində əlaqələrə toxunan Rusiyalı nazir Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurla fəaliyyət göstərdiyini dedi. Rus dilinin inkişaf məsələlərinə toxunan nazir bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi dəyərləndirdi. Xanım Olqa Vasilyeva qeyd etdi ki, Azərbaycanda, o cümlədən rus dilində təhsil aparılan məktəblərdə oxuyan xeyli sayda şagirdlərin olduqları nəzərə alınaraq, misal üçün Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində filoloji qrupun açılması təklif olunur.

Görüşdə Azərbaycanda rus dilinin və Rusiya Federasiyasında azərbaycanlıların sıx yaşadıqları ərazilərdə Azərbaycan dilinin tədrisinə texniki dəstək göstərilməsinin vacibliyi qeyd olundu, Rusiya-Azərbaycan Universitetləri Assosiasıyasının Bakıda keçiriləcək konfransının əhəmiyyətindən danışıldı, universitetlər arası əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olundu.

Söhbət zamanı ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində kadr hazırlığı ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi qeyd edildi.

 



OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...