Qalada qanunsuz tikililər SÖKÜLDÜ - FOTO/VİDEO
Hadisə
12:20 / 27.03.2024
2914
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsində qanunsuz tikinti işlərinin aparılması faktlarını aşkar edib.
Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, agentlik tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz tikililər sökülüb.