Moskvadakı terroru törədən şəxsin qulağını niyə kəsiblər? - "Bu üsulla..." + AÇIQLAMA

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert salonuna silahlı hücum təşkil edən və azı 137 nəfərin ölümünə səbəb olan şübhəlilər məhkəmə qarşısına çıxarılaraq həbs edilib. Təqsirləndirilən şəxslər terrorçuluqda ittiham olunublar. 137 nəfəri qətlə yetirən terrorçuların görüntülərində “kəsilmiş qulaq” detalı diqqət çəkib.
Sfera.az xəbər verir ki, Tacikistan vətəndaşı olduğu bildirilən müttəhimlərdən birinin məhkəməyə huşunu itirmiş vəziyyətdə xərəkdə gətirildiyi, digər müttəhimlərin də dindirilərkən döyüldüyü, başqa birinin isə qulağının kəsildiyi görünür.
Rusiya mətbuatında dərc olunan xəbərlərdə terrorçunun qulağının kəsilməsinin səbəbi açıqlanıb.
“Moskovski Komsomolets” qəzetinə danışan hərbi ekspert bu vəziyyətin köhnə sorğu-sual üsulu olduğunu bildirib.
"Bu üsulla cinayətkarları daha tez danışdırırlar. Təbii ki, bunu etmək asan deyil, xüsusi hazırlıq lazımdır. Belə hallarda terrorçulara qarşı insan hüquqlarının əhəmiyyəti azalır. Qulaqların kəsilməsi radikal qruplar üçün həm utandırıcı, həm də alçaldıcı haldır”.
Ülkər Abdurahmanlı