"28 May"da parklanma qiymətləri AÇIQLANDI: "Baha olma səbəbi odur ki..."

Bakının mərkəzində yeni parkinq qiymətləri əksər şəxslərin narazılığına səbəb olub. Belə ki, Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib. Bildirilib ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

 

Parklanma qiymətləri bu formadadır:

 

15-30 dəqiqə - bir manat, 30-60 dəqiqə - iki manat, 1-2 saat - dörd manat, 2-3 saat - altı manat, 3-5 saat - 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat - 22 manat, 15-20 saat - 26 manat, 20-24 saat - 30 manat. Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

 

Bir çox vətəndaşlar isə sözügedən qiymətlərin minimum aylıq əmək haqqına adekvat olmadığını vurğulayır.

 

Sfera.az-ın məlumatına görə, məsələyə münasibət bildirən yol məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, müasir şəhərsalma prinsiplərində, xüsusən də hava limanları, dəmiryolu vağzalları ərazisində parklanma qiymətləri baha olur:

 

“Sanki hamı hər gün səhərdən axşamacan 28 Maya - Dəmiryolu Vağzalına gedib orada maşın park edir. Bilən də, bilməyən də hay-küy salır…Sözügedən qiymətlərin baha olma səbəbi odur ki, həmin parkinqlər daim dolu olmasın və hava limanı, vağzallardan istifadə edənlər rahat olsun. İndi oradakı şərait taksilər üçün daha rahat olacaq, müştərini mindirib-düşürüb tez çıxsa, ödəniş etməyəcək”.

 

Ekspert bildirib ki, qiymət ucuz olanda bütün maşınlar əraziyə dolacaq:

 

“Onda da sərnişinlər narazılıq edəcək ki, qatarla adam yola salanda əraziyə girmək olmur, kimisə qarşılayanda yer tapılmır və.s. Bəs indi nə edək? Yük boşaldıb aparan, şəxsi maşından istifadə etməyən insanlar önəmlidir, yoxsa sutkalıq parkinq davası edənlər? Həmin ərazidən kənarda normal qiymətə adi parkinqlər də var. Azdırsa çoxaltmaq lazımdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...