14 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan olacaq - QANUN

14 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan olacaq - QANUN

ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsini imzalayıb.


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, qanuna görə, 14 yaşından kiçik uşaqların sosial media hesabı açması qadağan olunacaq və 14-15 yaşlı uşaqlar sadəcə valideynlərinin icazəsi ilə hesab yarada biləcəklər.


Qubernator DeSantis sosial medianın uşaqlara depressiya, özünə zərər vermə və intihar kimi müxtəlif yollarla mənfi təsir göstərdiyini deyib.


Qərarın əleyhdarları Floridada qanunun konstitusiyaya zidd olduğunu iddia edib.


Qanunun 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.


Xatırladaq ki, yanvarın 25-də Florida ştatının Nümayəndələr Palatası valideynlərin icazəsindən asılı olmayaraq 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul etdi, lakin DeSantis valideyn hüquqlarını pozduğu üçün qanun layihəsinə veto qoydu.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...