Putin miqrantlarla bağlı tapşırıq verdi

Dünya
22:56 / 26.03.2024
5211
“Miqrasiya sahəsində vəziyyət milyonlarla vətəndaşımızı narahat edir. Bunu nəzarətdə saxlamaq lazımdır”.
Sfera.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu sözləri Rusiya Baş Prokurorluğunun kollegiyasının iclasında deyib.
O bildirib ki, departamentə miqrasiya sahəsində qanunun aliliyinə riayət olunması da daxil olmaqla, cinayətə qarşı qabaqlayıcı tədbirlər sistemi üzərində düşünməyi tapşırıb.