Goranboyda güclü külək fəsadlar törətdi

Goranboyda güclü külək fəsadlar törətdi

Goranboy rayonunda güclü külək bəzi fəsadlar törədib.

 

Sfera.az-ın məlumatına görə, günün ikinci yarısından başayaraq əsən güclü külək səbəbindən Goranboy rayon Boluslu, Məşədiqaralar, Eyvazlılar və daha bir necə kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

 

Həmçinin Goranboy-Ağcakənd yol kənarında və İrəvanlı kəndində bir neçə ağac aşıb.

 

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR