Teleqramdan istifadəçilərə - XƏBƏRDARLIQ

Cəmiyyət
17:30 / 26.03.2024
8198
Pulsuz “Telegram Premium” abunəsi təklif edən proqramda iştirak istifadəçi məlumatlarının təhlükəsizliyinə yol aça bilər.
Sfera.az xəbər verir ki, bu barədə “Skynews” məlumat yayıb.
Qeyd olunub ki, birdəfəlik parolları alanlar göndərənin telefon nömrəsini görəcəklər.
Teleqram veb-saytı bildirir ki, messencerin administrasiyası proqram iştirakçısının telefon nömrəsindən xəbərdar olan istifadəçilər tərəfindən törədilən hər hansı narahatlıq, təqib və ya zərərə görə məsuliyyət daşımır.