ABŞ Ayda dəmir yolu xətti yaradacaq - FOTO

ABŞ Ayda dəmir yolu xətti yaradacaq - FOTO

ABŞ gələcəkdə Ayın cənub qütbündə bəşəriyyətin daimi məskunlaşacağı baza yaratmağı hədəfləyir.
 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu planlara uyğun olaraq Ay səthində yüklərin və insanların daşınmasını təmin edəcək “dəmir yolu şəbəkəsi”nin qurulması işlərinə başlanılıb.


"Northrop Grumman" şirkəti tərəfindən hazırlanmış "Ay dəmir yolu planı"nın Ayda ciddi və davamlı iqtisadi inkişafı təmin edəcəyi gözlənilir.


Şirkət nümayəndələri bildirib ki, bu, ABŞ və beynəlxalq tərəfdaşlar üçün kosmik iqtisadiyyata töhfə verə bilər.


"Northrop Grumman" bəşəriyyəti kosmosa köçürməyə kömək edəcək ideyalar yaratmaq məqsədi daşıyan "Luna-10" tədqiqatında iştirak etmək üçün dekabr ayında ABŞ-nin Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən seçilmiş 14 şirkətdən biri idi.


Başlamaq üçün şirkət Ayda dəmir yolu xəttinin çəkilməsi üçün hansı resurslara ehtiyac olduğunu müəyyən edəcək.


Daha sonra layihənin xərcləri və riskləri hesablanacaq və işlək Ay dəmir yolu sisteminin prototipləri yaradılmağa başlanacaq.


DARPA tərəfindən Luna-10 tədqiqatında iştirak etmək üçün seçilən digər şirkətlər arasında İlon Maskın "SpaceX" və Jeff Bezosun "Blue Origin" şirkətləri də var.


Şirkətlər gələn ay "Lunar Surface Innovation Consortium"da işləri ilə bağlı daha ətraflı məlumat verəcəklər.



ABŞ və Çin Ayın sirli cənub qütbünün daimi Ay bazası qurmaq üçün ən yaxşı yer olduğuna inanır.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə o...

Bu şəxslərə 1600 manat müavinət veriləcək

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki,...

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...