"Rusiya təhlükəsizlik sahəsində ABŞ-nin arxasınca qaçmayacaq" - Səfir

"Əgər Vaşinqton təhlükəsizlik sahəsində əməkdaşlıq etmək istəməsə, Rusiya ABŞ-nin arxasınca qaçmayacaq".


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov jurnalistlərə açıqlamasında bildirib.


Belə ki, Moskva yaxınlığındakı musiqi salonunda törədilən terror aktından sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Rusiya və ABŞ arasında heç bir təhlükəsizlik yardımı olmayacaq və bu, ABŞ-nin seçimidir.


Bunun ardınca Antonov terror probleminin birgə səylərlə həllinin vacibliyini vurğulayıb:


"İndiki vəziyyətdə biz dost ölkələrimizlə - Müstəqil Dövlətlər Birliyindən, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatından və BRİKS-dən olan dostlarımızla işləyəcəyik.

Təəssüf ki, bizimlə antiterror əməkdaşlığı dayandıran ABŞ oldu. Onların arxasınca qaçmırıq və bunu etmək planımız yoxdur. Biz terrorizmin köklərini məhv etmək üçün öz gücümüzlə çalışacağıq, çünki təəssüf ki, hələ də bəziləri Rusiyadadır”.


Qeyd edək ki, martın 22-də Rusiyada yerləşən "Crocus City Hall" restoranında terror aktı törədilib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, hazırda ölənlərin sayı 137-dir, lakin arta bilər. Moskva vilayətinin Səhiyyə Nazirliyinin məlumatına görə, 182 nəfər xəsarət alıb. Terror aktında əli olmaqda şübhəli bilinən 11 nəfər, o cümlədən Moskvanın cənub-qərbindəki Ukrayna sərhədini keçərək sığınacaq axtarmağa cəhd edən 4 silahlı şəxs saxlanılıb.


Prezident Vladimir Putin çıxışında deyib ki, ilkin məlumata görə, Ukrayna tərəfi sərhəddə terrorçuların aşkar edilmədən keçməsi üçün “pəncərə” hazırlayıb. O, "Crocus City Hall"a hücumun arxasında duran bütün şəxslərin müəyyən edilərək cəzalandırılacağına söz verib və martın 24-nü həlak olanlar üçün milli matəm günü elan edib.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...