Məhəmməd Peyğəmbər haqqında gizlədilən film – 96 İLİN SİRRİ AÇILDI

Məhəmməd Peyğəmbər haqqında gizlədilən film – 96 İLİN SİRRİ AÇILDI
Dünyada Məhəmməd Peyğəmbərlə bağlı ilk film 1920-ci illərdə çəkiləcəkmiş.
Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyədə kino üzrə araşdırmaçı Alican Sekmeç çıxış edib.

Onun sözlərinə görə, 1924-cü ildə Amerikanın məşhur kino ulduzu Betti Bluthe və rejissor Edvard Jose türkiyəli ssenarist Vedat Örfi Büngü ilə tanış olub: "Onlar Bengüdən Məhəmməd Peyğəmbərin həyatı ilə bağlı ssenari yazmasını istəyirlər. Bengü 1925-ci ilin ilk aylarında ssenarini başa çatdırdı və 10 min frank aldı. O, filmdə baş rolu misirli Yusif Vehbiyə təklif etdi. Lakin Vehbi təklifi qəbul etmədi. Belə olanda filmi çəkən şirkət Almaniyadan Krausu və Bengünü Misirə göndərdi. Onlar Vehbini razı saldılar. 1948-ci ildə Bengü danışır ki, filmin adı "L’Amour de l’Emir" (Əmirin eşqi) olacaqmış. Bu filmə Misirli rəsmilər də dəstək verəcəklərini deyiblər. Lakin filmin çəkilişləri baş tutmur".

A.Sekmeç bildirib ki, buna səbəb Misirin müftilər şurasının filmə qarşı çıxması olub.

"1926-cı ilin 17 mayında Qahirədə dərc olunan "El-Masrah" jurnalında yayımlanan imzasız xəbər Misir üləmalarını hərəkətə keçirmişdi. Yazıda "beynəlxalq bir film şirkəti Misirə gəldi və Məhəmməd Peyğəmbərin filmini çəkəcək. Yufus Vehbi Həzrəti Məhəmmədi oynayacaq. Bu rol üçün Yusuf Vehbidən foto istənilib, o da verib" deyə bildirilir. Vehbidən foto istənilməsi bu ehtimalı ortaya çıxarırdı ki, filmdə peyğəmbərin üzü də çəkiləcəkmiş", - deyə o bildirib.

A.Sekmeç qeyd edib ki, bu xəbərlərdən sonra Vedat Örfi Bengü və komandası Misirdə həbs olundu: "24 gün həbsxanada qaldılar. Film çəkilişindən imtina edəndən sonra azadlığa buraxıldılar. Beləliklə, həmin ssenari çəkilmədi".

Qeyd edək ki, Məhəmməd Peyğəmbərin həytından bəhs edən yeganə film "Çağrı" 1976-cı ildə çəkilib.

OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...