Gəlin itkin düşən baldızını axtarır

Cəmiyyət
10:40 / 26.03.2024
4840
25 yaşlı qadın itkin düşüb.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 25-i Ş. Qurbanova Ağdam RPŞ-nə ərizə ilə müraciət edərək baldızı E. Qurbanovanın itkin düşməsini bildirib. Aparılan ilkin araşdırma zamanı müəyyən olunub ki, 1999-cu il təvəllüdlü Ağdam rayon, Ergi qəsəbəsində yaşayan E. Qurbanova 25.03.2024-cü il tarixdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Ağdam RPŞ-nin TB-də araşdırma aparılır.