Sümbülə Əliyeva həbs edildi

Sümbülə Əliyeva həbs edildi

200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib.

 

Sfera.az-ın məlumatına görə, bir müddət əvvəl barəsində qiyabi həbs qərarı çıxarılmış vəkil polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Əliyeva müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. S.Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, bir ilə yaxın məhkəmə proseslərinə gəlməyib. Onun haqqında ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə gətirilmə qərarı çıxarılsa da, keçmiş vəkili yenə də hakim qarşısına çıxarmaq mümkün olmayıb. Hakim Mahmud Ağalarov çoxsaylı çağırışlarına gəlməyən xanım müttəhim haqqında qiyabi həbs qərarı qəbul edib. Artıq qərar polis tərəfindən icra edilib. Yaxın günlərdə məhkəmə araşdırması yenidən davam edəcək.

 

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...