“Üçüncü dünya müharibəsini Fransa başlada bilər” - BÖYÜK TƏHLÜKƏ

“Üçüncü dünya müharibəsini Fransa başlada bilər” - BÖYÜK TƏHLÜKƏ

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Kossuth” radiostansiyasına açıqlamasında deyib ki, Avropa İttifaqı ölkələri Ukraynaya qoşun göndərə bilər. Onun sözlərinə görə, Aİ-nin və bir çox icma ölkələrinin liderləri Ukraynadakı münaqişəni şəxsi məsələyə çevirərək hərbi psixozun əsiri olurlar və bunun nəticəsi Qərb qoşunlarının ora göndərilməsi ola bilər.

 

Onun fikrincə, Avropada siyasətçilər sağlam düşüncəni itirməyə başlayır, dünyanın səsi zəifləyir, Avropanın siyasi liderlərinin əksəriyyəti müharibə psixozundan əziyyət çəkir:

 

“Onlar müharibə dilində danışır və elə düşünürlər ki, elə bil özləri müharibədədirlər. Açıq-aşkar Rusiya ilə Ukrayna arasındakı müharibəni şəxsi məsələyə çevirməyə başlayıblar və artıq sağlam düşüncədən istifadə edərək qərar qəbul edə bilmirlər. Bu, Ukraynaya quru qoşunlarının göndərilməsi ilə bağlı bəyanatlarla nəticələnə bilər”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, Qərbin Ukraynaya qoşun göndərməsi məsələsi xeyli müddətdir gündəmdədir və bu fikrin təşəbbüskarı Fransa Prezidenti Emmanuel Makron olub:

 

“Sözügedən təklif həm Aİ, həm də NATO daxilində ciddi fikir ayrılıqları yaradıb. Çox az ölkə Parisin bu təşəbbüsünü dəstəkləyib. Məsələ ondan ibarətdir ki, Fransanın Ukraynaya qoşun göndərməsi NATO-nun Rusiyaya müharibə elan etməsi deməkdir. Görünür, Qərb dövlətlərinin əksəriyyəti buna hazır deyil. Ona görə də belə bir ssenarinin reallaşmasını istəmir. İkinci bir tərəfdən, Qərb dövlətlərinin hansınınsa, o cümlədən Fransanın Ukraynaya qoşun göndərməsi Aİ və NATO daxilində fikir ayrılıqlarını artıracaq. Bu, perspektivdə hər iki təşkilatın parçalanmasına və beləliklə, Qərbin təhlükəsizlik arxitekturasının pozulmasına səbəb ola bilər. Bu isə Qərbə qarşı mübarizədə nəinki Rusiyanın, həm də Çin və İranın əlinin gücləndirilməsi deməkdir”.

 

Müsahibimiz bildirib ki, Fransanın Ukraynaya qoşun göndərməsi son nəticədə bumeranq effekti verə bilər:

 

“P.Siyartonun sözlərinə gəldikdə isə deməliyik ki, Ukraynadakı müharibənin başlamasında Qərb dövlətlərinin rolu heç də az deyil. NATO-nun genişlənmə cəhdi Rusiyanın Ukraynaya müdaxiləsi ilə nəticələndi. Ukrayna Qərb üçün əvvəl qurban, sonra da poliqon oldu. Savaşın başlanmasında kollektiv Qərbin konkret məqsədləri var idi - Rusiyanın idarə olunan hala salınması, ABŞ və Avropanın Şərqi Avropadakı mövqelərinin zəiflədilməsi, həmçinin Çinin imkanlarının aşağı salınması. Amma müharibə uzandıqca kollektiv Qərb arasında fikir ayrılıqları yarandı. Artıq nəinki ABŞ ilə Aİ arasında, hətta ABŞ və Aİ-nin daxilində də ziddiyyətlər var. Bu isə tərəflərin ortaq mövqedən çıxış etmələrinə mane olur. Bundan başqa, deməliyik ki, kollektiv Qərbdə olmasa belə, Qərbin ayrı - ayrı dövlətlərində müharibə psixozu, doğrudan da, yarana bilər. Çünki "oxları daşa dəyib". Bu isə Qərbdə aqressiyanı artırır. Ola bilsin, bəzi Qərb dövlətləri, xüsusilə bir sıra regionlarda, o cümlədən Afrikada uğursuzluğa düçar olan Fransa özünü Ukraynada təsdiqləmək istəyir. Bu ambisiyası isə heç bir halda sülhə töhfə vermir. Əksinə, daha ciddi kataklizmlərə, o cümlədən üçüncü dünya müharibəsinin rəsmən elan olunmasına səbəb ola bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Çin rabitə peykini kosmosa göndərdi - FOTO

Çin yeni rabitə texnologiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulmuş test peykini bu gün kosmosa buraxıb. Peyk Pekin vaxtı ilə saat 02:09-da Siçanq Peyk Bu...

Bu universitetlərdə təhsil haqqı ARTACAQ

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə modern.az-a unive...

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllü...

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...