"Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi" - Əməkdar artist KÖVRƏLDİ - FOTO

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlu qətlə yetirdi. Səbəb isə əmisinin yerinə keçib onun sahib olduqlarına sahiblənmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitini Dnepr çayına atmışdırlar. Hərdən görürsən ki, dünya malı da insanın özünə düşmən olur". 

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

 

Qarmon ifaçısı kürəkəninin qətlə yetirilməsindən danışıb:

 

"Qızım Ülkər qətlə yetirilən ərindən dünyaya uşaq gətirdi. Onun bir oğlan övladı oldu. Amma bağırsaq keçməməzliyi var idi. O bir müddət xəstəxanada qaldı. Ora gedib, körpə nəvəmə baş çəkirdi. Kürəkənimin ailəsi həmin uşağın qalmamağını istədilər. Uşaq bir müddət sonra tələf oldu. Elə bil ki, kürəkənimin 40 günü olanda, nəvəmin çantanın içində meyitini evə gətirdilər.

 

Kifir ol, amma bəxtin olsun. Gözəllik də hər zaman insana xoşbəxtlik gətirmir. Deyirlər ki, gözəl qızın və ya qadının başı hər zaman tüstülü olar. Qızım Ülkər ər və uşağının itkisindən dərin sarsıntı keçirdi. Onu bu vəziyyətdən çıxartmaq üçün pirlərə, Allah evlərinə apardım. Qızımı 17 yaşında ərə verdim. O uşaqikən ailə qurub. Evdə birinci gəlin o olub. Həyatdır, nə yatdı ki, nə də görsün".(axşam.az)


OXŞAR XƏBƏRLƏR

UEFA məşhur klubları milyonlarla avro cərimələdi

UEFA klubları maliyyə feyr-pley qaydalarını pozduğuna görə cərimələyib.   Sfera.az xəbər verir ki, qurumun saytı bu barədə məlumat yayıb. ...

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...