Bu proqramla bağlı istifadəçilərə XƏBƏRDARLIQ! - Şəxsi məlumatlarınızı ƏLƏ KEÇİRİR

Cəmiyyət
12:50 / 25.03.2024
13719
Əksəriyyəti ödənişsiz olan VPN proqramı insanların bir çoxuna tanışdır. Bəs VPN təhlükəlidirmi?
Sfera.az xəbər verir ki, VPN proqramlarının serverləri özəl olduğundan şəxsi məlumatlar oğurlana bilər.
Bank Kartı vasitəsilə VPN-dən istifadə edərək hər hansı ödəniş etdiyiniz zaman yazdığınız kart məlumatları rahatlıqla ələ keçirilə bilər.
VPN xidmətləri hər bir insanın nömrəsini rahatlıqla əldə edir. Tətbiq şəbəkə və GPS məlumatlarından istifadə edərək insanların yerini rahatlıqla müəyyən edə bilir.
Bu proqram hətta cihazdakı şəkil və videoları ələ keçirə bilir.
Ülkər Abdurahmanlı