Ermənistanda polis qərargahına HÜCUM: 3 nəfər SAXLANILDI

Ermənistanın paytaxtı İrəvanda 3 nəfərin polis qərargahının binasına əl qumbarası ilə basqına cəhd etdiyi bildirilib.
Sfera.az Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress"ə istinadən xəbər verir ki, 3 naməlum şəxs paytaxt İrəvanda Nor Nork Rayon Polis İdarəsinin binasının qarşısına əl qumbarası ilə gəlib.
Hücum edənlər təhlükəsizlik qüvvələrinə bəzi tələblər irəli sürərkən qumbara partlayıb. Partlama nəticəsində hücum edənlərdən ikisi yaralanıb. Yaralı hücumçular daha sonra xəstəxanaya aparılıb.
Hücum edənlərdən üçüncüsü aqressiv hərəkəti davam etdirib və bir müddət təhlükəsizlik qüvvələri ilə mübarizə aparıb daha sonra zərərsizləşdirilərək nəzarətə götürülüb.
Hücuma müdaxilə edən polis qüvvələri və vətəndaşlar arasında ölən və yaralananların olmadığı bildirilib.
Əzizə