Terrorçular zaldakılardan nə tələb ediblər? – Hadisə şahidi danışdı

Terrorçular zaldakılardan nə tələb ediblər? – Hadisə şahidi danışdı

“Crocus Siti Holl”da terrorçular heç nə tələb etməyiblər, onlar yaxşı hazırlaşmışdılar.

 

Sfera.az xəbər verir ki, bunu terror aktının şahidi Andrey Lesnıx “İzvestiya” portalına açıqlamasında deyib.

 

Zalda bacısı ilə birlikdə olan Andrey Lesnıx ilk təxliyə edilənlərdən olub. Hadisə şahidinin sözlərinə görə, zaldan atışma səslərini eşidəndə təşvişə düşüb və bacısı ilə birlikdə zalı tərk etmək qərarına gəlib.

 

“Mən artıq səhnəyə enmişdim ki, zalda atəş açılmağa başladı, sonra təşviş başladı. Sağ tərəfdəki səhnədən çıxdım, bacım isə balkondan, yuxarıdan çıxdı”, – deyə o bildirib.

 

Lesnıx əlavə edib ki, terrorçular heç bir tələb irəli sürməyiblər. O, terrorçuları təcrübəli və təlim keçmiş döyüşçülər kimi xarakterizə edib.

 

“Öz aralarında danışarkən heç bir qışqırıq yox idi. Aydındır ki, onlar təcrübəli döyüşçülərdir”, – deyə qeyd edib.

 

Hadisənin digər şahidi isə bildirib ki, əvvəlcə küçədən pulemyotlarla silahlanmış şəxslər atəş açaraq binanın şüşələrini sındırmağa cəhd ediblər, sonra onlar binanın içərisinə girərək insanlara atəş açıblar.

 

Qeyd edək ki, martın 22-də “Crocus City Hall”da terror aktı baş verib. Konsert zalında “Piknik” qrupunun çıxışı olmalı idi. Rusiya Federasiyasının Baş Prokurorluğu kamuflyajlı şəxslərin binaya soxularaq atəş açdığını bildirib. Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, terror aktı qurbanlarının sayı 133 nəfərə çatıb. (Globalinfo)


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...