Moskvada konsert zalında dəhşət: 147 ölü, 152-dən çox yaralı

Dünya
10:00 / 24.03.2024
15141
Moskava vilayətinin "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında yaralananların sayı artıb.
Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Operativ qərargahın yenilənmiş məlumatlarına əsasən xəsarət alanların sayı 152-yə çatıb.
Bu barədə idarənin saytında məlumat verilir.
Bundan əvvəl Səhiyyə Nazirliyi terror aktı nəticəsində 147 nəfərin öldüyünü bildirmişdi.