66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz Rayon Prokurorluğu martın 21-də rayon ərazisində 1958-ci il təvəllüdlü Safura Balacayevanın öldürülməsi ilə bağlı şübhəli şəxs qismində Tofiq Balacayevi saxlayıb.

 

Prokurorluqdan Sfera.az-a verilən məlumata əsasən, Xaçmaz rayon sakini olan Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib.

 

Məlumata əsasən, Xaçmaz rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında birgə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs qismində tutulub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...