Tovuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Tovuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. 

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Alakol kəndində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ” markalı minik maşını digər avtomobilə toqquşub. Qəza zamanı 1999-cü il təvəllüdlü Arzu Süleymanov,1994-cü il təvəllüdlü Azər Abdıyev və daha bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.(apa)


OXŞAR XƏBƏRLƏR