Kəbin hansı hallarda pozulmuş sayılır?

Kəbin hansı hallarda pozulmuş sayılır?
Birbaşa deyilən talaq: Deyilən söz talaqdan başqa məna bildirməsin, məsələn, "səni boşayıram" və ya "talaqını verirəm" tipli ifadələr. Bu halda ciddi və ya zarafatla deməsindən asılı olmayaraq talaq qüvvəyə minir. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi də ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)". (İbn Macəh, Əbu Davud, Tirmizi).
Sfera.az zikr.az-a istinadən bildirir ki, dolayı yolla deyilən talaq: Bu ifadə həm talaq mənası, həm də başqa məna daşıya bilər. Məsələn, "ailənin yanına get" ifadəsi kimi. Əgər bu ifadəni deyərkən niyyəti boşamaq idisə,  talaq sayılır, əks halda sayılmır. Aişə (Allah ondan razı olsun) deyir ki, "Bint əl-Cun Peyğəmbərin yanına (onun arvadı olaraq) daxil edildi. Ona yaxınlaşdıqda qadın dedi: Səndən Allaha sığınıram. Peyğəmbər ona dedi: Sən artıq çox əzəmətli bir şeyə sığındın, ailənin yanına get". (Nəsai)
Kə'b ibn Malik (Allah ondan razı olsun) özünün və iki nəfər yoldaşının təbuk döyüşünə getmədikləri üçün camaat tərəfindən baykot (həcr) edildiyi hadisənində deyir ki, Peyğəmbər onun yanına adam göndərib dedi: "Arvadını tərk et. Kəəb soruşdu: onu boşayım, ya nə edim? O dedi: Arvadını tərk et və ona yaxınlaşma. Kəəb də öz arvadına: ailənin yanına get - deyərək əmr etdi". (Buxari, Müslim, Əbu Davud, Nəsai)
Şərtdən asılı olaraq deyilən talaq: Məsələn, kişinin öz arvadına "filan yerə getsən, səni boşayacam" deməsi. Əgər bunu deyərkən kişinin məqsədi həqiqətən də boşamaq olubsa, talaq sayılır. Əgər məqsədi arvadını hansısa işdən çəkindirmək olubsa, bu halda talaq yox, and sayılır. Arvadı o işi görərsə, kişi andının kəffarəsini verməlidir.

OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...