Neft Fondu 2 milyard qənaət edəcək

Neft Fondu 2 milyard qənaət edəcək
1 dekabr tarixinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsində nəzərdə tutulan xərc maddələri, o cümlədən dövlət büdcəsinə transfertlə bağlı xərclər bütünlüklə icra edildiyindən, manatın ABŞ dolları və avroya qarşı devalvasiyasından hər hansı qənaətin yaranması proqnozlaşdırılmır.

Bunu APA-nın sorğusuna cavab olaraq ARDNF-dən bildiriblər. Azərbaycan Dövlət Neft Fondunun 2015-ci ilin büdcəsinin icrası çərçivəsində cari ilin 9 ayında 5,65 milyard manat, oktyabrda 750 milyon manat, noyabrda 750 milyon manat, dekabrda isə 980 milyon manat dövlət büdcəsinə transfert edilmişdir. Beləliklə, 2015-ci il üzrə dövlət büdcəsinə transfert 8 130 milyon manat təşkil etməklə, 2015-ci ildə bu xərc maddəsinin icrası başa çatıb.

Bununla belə, ARDNF dekabrın 21-də Azərbaycanda manatın ABŞ dolları və avro qarşısında 48%-lik devalvasiyası səbəbindən 2016-cı ildə xərc maddələri üzrə qənaətin olacağını proqnozlaşdırır: “Fondun Müşahidə Şurasının qərarına əsasən təsdiq edilmək üçün Azərbaycan prezidentinə təqdim edilmiş fondun büdcə layihəsində 2016-cı il üçün fondun büdcə xərclərinin 8 milyard 261,4 milyon manat və yaxud təqdim edilmə tarixinə olan 1,05 məzənnəsi ilə 7 milyard 868 milyon ABŞ dolları təşkil edib. 2016-cı ildə Fondun büdcəsinin Cənub Qaz dəhlizi layihəsinin və Bakı-Tbilisi-Qars yeni dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı ümumilikdə 1 milyard 869,1 milyon ABŞ dolları məbləğində xərclərinin yalnız ABŞ dolları valyutası ilə icra edilməsi nəzərdə tutulub. Bununla əlaqədar devalvasiya yalnız manat ilə icra ediləcək xərc maddələrinin, o cümlədən dövlət büdcəsinə transfertlə bağlı xərclərin icrası istiqamətində qənaətin yaranmasına səbəb ola bilər. Belə ki, devalvasiyaya qədər manatla icra ediləcək xərclər 6 milyard 300,9 milyon manat və yaxud ABŞ dolları ekvivalenti ilə 6 milyard 9,3 milyon təşkil etdiyindən, devalvasiyadan sonra yeni məzənnə ilə bu xərclərin 4 milyard 65,1 milyon ABŞ dolları və fondun xərcləri üzrə 1 milyard 944,2 milyon ABŞ dolları məbləğində qənaətin təşkil etməsi proqnozlaşdırılır.

Xatırladaq ki, bu ilin fevralında manatın devalvasiyası ARDNF-ə təxminən 3 mlrd. ABŞ dolları məbləğində vəsaitə qənaət etməyə imkan verib. Belə ki, fevral devalvasiyasından əvvəl əgər büdcəyə 10 mlrd. manat vəsait transfert etmək üçün konvertasiyaya təxminən 13 mlrd. dollar tələb olunurdusa, devalvasiyadan sonra sadəcə 10 mlrd. dollar yetərli olub.

OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...