Rusiyada bu hərəkatçılar “terrorçu” hesab ediləcək

Rusiyada bu hərəkatçılar “terrorçu” hesab ediləcək

LGBT hərəkatı Rusiya Federasiyasının Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) saytında terrorçu və ekstremistlər siyahısına daxil edilib. 

 

Sfera.az xatırladır ki, Rusiya Ali Məhkəməsinin 2023-cü ilin noyabrında çıxardığı qərarla LGBT hərəkatı “ekstremist” hesab olunub və fəaliyyəti qadağan olunub. 

 

Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə imzaladığı fərmanla isə ölkədəki eynicinslilərin münasibəti “Rusiya cəmiyyəti üçün dağıdıcı ideyalar və dəyərlər” sırasına daxil edilib.

 

Qeyd edək ki, LGBT – lezbiyan, gey, biseksual və transgender sözlərinin birləşməsindən yaranmış bir abreviaturdur. 


Vasif


OXŞAR XƏBƏRLƏR