Rusiyada benzin qıtlığı yarana bilər - ŞƏRH

Rusiyada benzin qıtlığı yarana bilər - ŞƏRH

“Rusiyanın neft emalı sahəsi ciddi çağırışlarla üzləşib və bu problemlər yayda ölkədə benzin qıtlığına səbəb ola bilər”.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika və Maliyyə İnstitutunun iqtisadiyyat departamentinin rəhbərinin müavini Sergey Kondratyevin “Forbes” jurnalında nəşr edilən məqaləsində deyilir. 

 

Onun sözlərinə görə, sanksiyalar neft emalı zavodlarında təmir işlərinin aparılmasını çətinləşdirir.

 

Belə ki, burada əsas amil xarici ölkədən alınan avadanlıqların çatışmazlığıdır. O əlavə edib ki, ölkə zavodlarına pilotsuz uçuş aparatları ilə hücumların edilməsi də müəssisələrə dəyən zərəri artırır.

 

“Rusiya neft emalı zavodlarının ümumi gücü ildə 340 milyon ton neft təşkil edir. Lakin təmir və modernləşdirilmə ilə bağlı problemlərə görə, yayda ölkə bazarında benzin qıtlığı yarana bilər”, -deyə Kondratyev bildirib. O vurğulayıb ki, ölkə zavodları idxal olunan avadanlıqlardan əhəmiyyətli dərəcədə asılıdırlar.


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...