Rusiyanın "məhv edərik" hədəsinə Fransadan SƏRT CAVAB: "Geri çəkilməyəcəyik!"

Rusiyanın

"Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Fransanı qorxutmağa çalışır". 


Sfera.az xəbər verir ki, bunu Fransa xarici işlər nazirliyinin sözçüsünün müavini Kristof Lemoine deyib.

 

“Cənab Tolstoy açıq-aydın bizi qorxutmağa çalışır, lakin bunun yaratdığı yeganə reaksiya qəzəb hissidir... Bizi heç bir cəhd Ukraynaya dəstəkdən çəkindirə bilməz”, - Lemoine vurğulayıb. 

 

Martın 21-də Tolstoy elan edib ki, rus ordusu Fransanın Ukraynaya göndərəcəyi bütün hərbi personalı məhv edəcək.

 

Qeyd edək ki, bundan əvvəl Makron Aİ-nin müdafiə xərclərini artırmaq üçün istiqrazların buraxılmasını təklif edəcəyini bildirib.

 

 Kreml isə Fransanı Ukraynaya hərbçilərin göndərilməsinin mənfi nəticələri barədə xəbərdar edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR