“Mercedes-Benz” minlərlə avtomobilini geri çağıracaq

Dünya
19:59 / 21.03.2024
25665
“Mercedes-Benz” şirkəti 116 min GLE və GLS avtomobilini təmir üçün geri çağıracaq.
Sfera.az Gazeta.ru-ya istinadən xəbər verir ki, maşınlarda yerləndirmə (elektrik cərəyanını yerə ötürmə) kabeli düzgün quraşdırılmayıb. Bu texniki qüsur qısaqapanmaya səbəb ola bilər ki, yekunda yanğın riski artır.
Dilerlər yerləndirmə kabelini yoxlayacaq və onu düzgün quraşdıracaqlar.