İlham Əliyev başsağlığı verdi
Cəmiyyət
14:57 / 26.11.2016
679
Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa başsağlığı verib.
Sfera.az xəbər verir ki, İ. Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşı Fidel Kastro Rusun vəfatı xəbərindən kədərləndiyini bildirib: "Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.